Azərbaycanı Belçika və Niderlandda keçiriləcək taekvondo üzrə açıq çempionatlarda təmsil edəcək hakim müəyyənləşib. Federasiyadan SİA-ya verilən məlumata görə, Aygül Abdullayeva beynəlxalq turnirlərdə ədaləti qoruyacaq.
Qeyd edək ki, Niderlandın Eyndhoven şəhərindəki 52-ci açıq turnir martın 8-9-da baş tutacaq. Belçikanın Lommel şəhərindəki yarış isə martın 15-də keçiriləcək.