AZ

Rusiya və ABŞ arasında silahlara nəzarət üzrə dialoq lazımdır - Peskov

Rusiya və ABŞ arasında silahlara nəzarət üzrə təmaslar zəruridir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, gündəmdə olan bir mövzudur. Biz hesab edirik ki, Rusiya və ABŞ arasında silahlara nəzarət, xüsusən də strateji sabitlik üzrə dialoq lazımdır”, - Peskov bildirib.

Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında bu məsələdə təmaslar həm iki ölkə baxımından, həm də beynəlxalq təhlükəsizlik baxımından vacibdir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bəyan etmişdi ki, Rusiya tərəfi START III kimi tərksilah və silahlara nəzarət üzrə çoxtərəfli sazişlər üzrə dialoqun bərpasının tərəfdarıdır.

Seçilən
17
1
ikisahil.az

2Mənbələr