AZ

Rəsmi Paris: Trampın siyasəti dünya nizamını sarsıdır

ABŞ Prezidenti Donald Tramp beynəlxalq nizamın pozulmasına səbəb olur.

“Report” xəbər verir ki, bu barədə Fransanın baş naziri Fransua Bayru “CNEWS” telekanalına açıqlamasında bildirib.

"Siz soruşursunuz ki, ABŞ bizim müttəfiqimizdir? Məgər müttəfiq rəqiblərimizin tərəfinə keçməyə, dünya nizamını pozanların sırasına qoşulmağa qərar verir? Xeyr, bu, düşmən deyil. Bu, "dünya nizamının pozulması" adlanır", - o bildirib.

Bayrunun sözlərinə görə, ABŞ Prezidenti öz müttəfiqlərini rəqiblərə çevirir və bununla da dünyadakı vəziyyəti gərginləşdirir.

"Trampla razılaşdığım yeganə məsələ odur ki, Avropa özünü öz gücü ilə müdafiə etməli olacaq", - o qeyd edib.

ABŞ-nin tətbiq etməyi planlaşdırdığı rüsumlardan danışan baş nazir vurğulayıb ki, Trampın Avropaya elan etdiyi ticarət müharibəsi Fransa iqtisadiyyatı üçün problemlərə səbəb olacaq.

Seçilən
34
5
report.az

6Mənbələr