AZ

“Öz meydançamız yoxdur” - Baş məşqçi AÇIQLADI

“Sabah Bakıda son məşqdə iştirak edib Yunanıstana yola düşəcəyik”. SİA xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov jurnalistlərə açıqlamasında bildirib.

O, AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəkləri oyunun hazırlıqları ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, Seymur Məmmədov ailə səbəblərinə görə, Rövşən Hüseynli isə məşq prosesində çiynindən zədə aldığı üçün bu matçda iştirak edə bilməyəcək: “Təbii ki, uzun müddət məğlub olmaq komandaya təsir edir. Ən azından qələbə olmalıdır ki, oyunçularda psixoloji cəhətdən yaxşı olsunlar. Amma təzə komanda formalaşıb. Sadəcə bəzi hallarda bəxtimiz gətirmədi. Yunanıstan və İsveç millisinə qarşı qələbə qazana bilərik. Təbii ki, Xorvatiya ilə matç çətin olacaq. Ancaq şansımız var”.

Borisov vurğulayıb ki, komanda da digər iki oyunçunun olmaması heyətə təsir edəcək: “Bizdə hər bir oyunçunun öz yeri var. Komanda da futzalçı azdır. Buna görə də zədə alan oyunçuların bizə təsiri çox olur. Komanda da hər kəs qələbə qazanmaq istəyir. İnanıram ki, səfərdən qələbə ilə qazanacıyıq”.

Baş məşqçi futzalda olan problemlərə də toxunub: “Futzal da çatışmayan əsas faktorlardan biri infrastrukturla bağlıdır. Həmçinin bizim zalımız yoxdur. Çempionatda yaxşı səviyyədə keçmir. Futzalçılarıj çoxu getdi minifutbola. Yəqin ki, onlara orada yaxşı maliyyə ayrılır, ona görə də bu addımı atdılar. Uşaqlar üçün futzal məktəbləri yoxdur. Çoxu 19 yaşında futbolla məşğul olmağa başlayır onlarda böyük futbola maraq salırlar”.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
21
sia.az

1Mənbələr