AZ

Bakıda qəza: gənc qız xəsarət aldı – VİDEO

Bu gün paytaxtın Yasamal rayonu ərazisində motosiklet piyadanı vurub.

KONKRET.az xəbər verir ki, hadisə Mətbuat prospektində piyada keçidinin üzərində baş verib.

Motosikletin vurduğu gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli “Qafqazinfo”ya bildirib ki, xəsarət alan şəxsin motosikletdəki sərnişin olması müəyyən edilib: “Bu gün saat 11:20-də Yasamal rayonunda – Həsən Bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində “BMW” markalı 90 FE 764 dövlət qeydiyyat nişanlı avtomobil ilə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletdəki xanım sərnişin xəsarət alıb”.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Seçilən
8
1
konkret.az

4Mənbələr