AZ

Günlər sonra meşədən tapılmışdı, xəstəxanada öldü - FOTO

İstanbulda Belqrad meşəsində itkin düşdükdən 4 gün sonra yaralı halda tapılan 36 yaşlı memar Ece Gürel xəstəxanada dünyasını dəyişib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, uzun müddət soyuqda qalması səbəbindən hipotermiya keçirən Gürel reanimasiya şöbəsində müalicə alsa da, bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Xatırladaq ki, martın 2-də evindən Belqrad meşəsinə getdiyini bildirən Gürel bir daha geri qayıtmayıb. Ailəsinin müraciətindən sonra xilasedicilər genişmiqyaslı axtarışlara başlayıb. Martın 4-də onun mobil telefonu və bəzi şəxsi əşyaları tapılıb. Nəhayət, martın 6-da gecə saatlarında sıldırım meşəlik ərazidə yaralı vəziyyətdə aşkarlanaraq xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
12
2
milli.az

3Mənbələr