Suriya ordusu Latakiya vilayətini nəzarətə götürdü.
Sitat.info xəbər verir ki, bu barədə “'Al Jazeera'” məlumat yayıb.
“Latakiya nəzarətə götürülüb, hərbi obyektlərin mühasirəsi aradan qaldırılıb və keçmiş rejimin nümayəndələri çıxarılıb”, - məlumatda deyilir.
Xatırladaq ki, sözügedən bölgədə dünən keçmiş hakimiyyətin tərəfdarları Suriyanın yeni rəhbərliyinə qarşı qiyama cəhd etmişdilər. Cəhd Suriya hərbi qüvvələri tərəfindən yatırılıb./ Teleqraf