AZ

Tural Abbaslı “avtobus müxalifəti” barədə nə düşünür?

Ağ Partiyanın sədri Tural Abbaslı siyasi partiya rəhbərlərinin növbəti Qarabağ səfərinin tənqid edilməsinə, “avtobus müxalifəti” məsələsinin yenidən gündəmə gətirilməsinə münasibət bildirib.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o bunu "qeyri-siyasi, səviyyəsiz, qeyri-peşəkar fikir, küçə səviyyəsində yanaşma" adlandırıb:

“İnanmıram ki, özünə hörmət edən siyasətçi, yaxud siyasi partiya lideri, funksioneri, ictimai siyasi xadim belə sərsəm fikirlər səsləndirsin. Yox, əgər belə fikirlər səsləndirən bu cür mövqeyi müdafiə edən varsa, heç belələrinə cavab verməyə dəyməz. O qədər aşağı səviyyəli mövqedir ki, gülməkdən, ironiya etməkdən başqa reaksiya vermək doğru olmaz. Buna görə də xüsusi reaksiya vermirəm. Məsələləri hərə öz siyasi səviyyəsinə, bacarıq və biliklərinə, siyasi dünyagörüşünə, tərbiyəsinə uyğun qiymətləndirməkdə sərbəstdir”.


Telegram kanalımız
Seçilən
20
1
yenisabah.az

2Mənbələr