AZ

“Azpetrol”da qaz dolduran avtomobil partladı

Bu gün saat 12 radələrində paytaxtın Qaradağ rayonunda avtomobildə partlayış baş verib.

Publika.az xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən “Azpetrol”a məxsus yanacaqdoldurma məntəqəsində “Chevrolet Cobalt” markalı avtomobildə yanğın başlayıb.

Qazdoldurma prosesi zamanı başlayan yanğın nəticəsində taksi şirkətlərindən birinə məxsus olan avtomobil tamamilə yanıb.

Seçilən
59
1
publika.az

10Mənbələr