AZ

İsrail Qəzzada döyüşləri bərpa etmək üçün yeni plan hazırlayır

İsrail Müdafiə Qüvvələrinin yeni Baş Qərargah rəisi Eyal Zamir 2025-ci il yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağında genişmiqyaslı döyüşlərin bərpası üçün yeni hərbi plan təqdim etməyə hazırlaşır. 

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Baş qərargah rəisinin tərtib etdiyi plana əsasən, döyüşlərdə iştirak etmək üçün bir neçə bölmə lazım olacaq və onlar Qəzza zolağından İsrail qüvvələrinin atəşkəs zamanı çıxarıldığı əraziləri geri alacaqlar.

Qəzet döyüş hissələrinin üzləşdiyi çətinlikləri və ehtiyatda olan hərbçilərin cəlb olunmamasını nəzərə alaraq, İsrail ordusunun bu qədər sayda əsgəri səfərbər edə biləcəyinə şübhə ilə yanaşdığını bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr