AZ

Energetika naziri Saatlıda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov martın 7-də Saatlıdavətəndaşları qəbul edib.

Trendxəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərininiştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisitəchizatı, elektrik xətlərinin və dirəyinin yerdəyişməsi,transformatorun istismar vəziyyəti, elektrik enerjisindənistifadəyə görə borcun yaranması, qaz təchizatı, elektrik və qazsayğaclarının quraşdırılması, işlə təminat və digər məzmunlumüraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyintələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Şirvan, Ağsu, Sabirabad, Beyləqan, Biləsuvarrayonlarından olan vətəndaşlar iştirak edib.

Energetika
Energetika
Seçilən
86
3
az.trend.az

8Mənbələr