AZ

Rusiya günün əvvəlindən ikinci dəfə Xarkova hücum edib

Martın 7-də Rusiya ordusu Xarkova dronlarla hücum edib. Bu, günün əvvəlindən şəhərə ikinci hücumdur.

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Telegram-da Xarkov meri İqor Terexova istinadən xəbər verir.

"Düşmənin "Molniya" PUA-sı Slobodskoy rayonunda mülki müəssisəyə uçub. Hələlik itki yoxdur", - mer bildirib.

Qeyd edək ki, martın 5-də də işğalçılar “Molniya” tipli pilotsuz təyyarə ilə Xarkova hücum ediblər.

QAZİLER.AZ

Seçilən
15
qaziler.az

1Mənbələr