Martın 7-də Rusiya ordusu Xarkova dronlarla hücum edib. Bu, günün əvvəlindən şəhərə ikinci hücumdur.
Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Telegram-da Xarkov meri İqor Terexova istinadən xəbər verir.
"Düşmənin "Molniya" PUA-sı Slobodskoy rayonunda mülki müəssisəyə uçub. Hələlik itki yoxdur", - mer bildirib.
Qeyd edək ki, martın 5-də də işğalçılar “Molniya” tipli pilotsuz təyyarə ilə Xarkova hücum ediblər.
QAZİLER.AZ