AZ

Energetika naziri Saatlıda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov martın 7-də Saatlıda vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xətlərinin və dirəyinin yerdəyişməsi, transformatorun istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qaz təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Şirvan, Ağsu, Sabirabad, Beyləqan, Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edib.

Seçilən
84
6
ikisahil.az

8Mənbələr