AZ

NASA köhnə "Voyager 2"-ni bağlayır - Foto

NASA

"Voyager 2" kosmik peykinin aşağı enerji yüklü hissəcik zondu artıq işə yaramadığı üçün söndürüləcək. ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) əməkdaşları və Reaktiv Hərəkət Laboratoriyasının mühəndisləri bu işi 24 mart 2025-ci ildə edəcəklər.

Reyting.az
-ın məlumatına görə, NASA xatırladır ki, 25 fevralda "Voyager 1"-in göyərtəsindəki Kosmik Şüa Alt Sisteminin söndürülməsi qərara alınıb. Martın 24-də isə daha bir zondu "Voyager 2”-ni də bağlayacaqlar. Bu kosmik alətlər zamanında heliosferin öyrənilməsində əsas rol oynayıb, ancaq mövcud şəraitdə indiki kosmik gəmilərdə üç elmi cihaz eyni fəaliyyəti daha uğurla davam etdirir.

NASA daha sonra belə bir izah verib ki, kosmik agentlik zondları işlək saxlamaq üçün tədricən elmi cihazları söndürməyə məcburdur. Mütəxəssislərin fikrincə, fakt budur ki, enerjini tam təmin etmək üçün bu cihazlar hazırda "Plutonium-238" izotopunda daima işləyən radioizotop termoelektrik generatorlardan istifadə edir. Bununla belə, zaman keçdikcə enerji mənbəyi tükənir və güc səviyyəsi də hər il təxminən dörd vatt həcmində azalır.



1977-ci ildə eyni vaxtda istehsal edilmiş "Voyager 1", "Voyager 2" kosmik zondları əvvəl günəş sisteminin xarici planetlərini araşdırmaq üçün nəzərdə tutulmuşdu. Bu gün isə həmin zondlar Yerdən 15 milyard kilometrdən çox məsafədədir və planetə məlumat ötürməyə davam edir, lakin çox tezliklə bu da sona çatacaq.

Onu da qeyd edək ki, hər iki kosmik zondun missiyasının son tamamlanması 2030-cu ilə qədərdir.

Oqtay QORÇU
Seçilən
33
reyting.az

1Mənbələr