AZ

Azərbaycan Sambo Federasiyasından Ramil Vəliyevin diskvalifikasiya olunmasına MÜNASİBƏT

Azərbaycan Sambo Federasiyası (ASF) WADA-nın diskvalifikasiya etdiyi Ramil Vəliyevin cəzasına münasibət bildirib.

ASF-dən İdman.biz-in sorğusuna cavab olaraq bildirilib ki, samboçu 2022-ci ildən etibarən qurumun təşkil etdiyi yarışlarda iştirak etmir.

Qeyd olunub ki, 35 yaşlı idmançının bundan sonra yarışlarda iştirak edib-etməməsinə dair dəqiq nəsə deyə bilmərlər: “Ramil Vəliyevin cəza müddəti 2027-ci ildə bitəcək. Bu məsələ haqqında danışarkən Vəliyevin yaş faktorunu da nəzərə almaq lazımdır”.

Qeyd edək ki, WADA döyüş samboçusunu 5 il müddətinə diskvalifikasiya edib. O, son illərdə MMA-da mübarizə aparır.

Aytac Sahəd
İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr