AZ

Zelenski: Biz hiss etməliyik ki, Rusiya bizi aldatmır

Ukrayna prezidenti Vladimir Zelenski planlaşdırılan sülh danışıqları ilə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, sülh istədiklərini bildirən Zelenski sülh üçün müəyyən tələblərinin olduğunu bildirib.

"Hər kəs əmin olmalıdır ki, Rusiya müharibəni bitirməyə razı olacaq. Bunu iki növ susqunluqla sübut etmək olar. Birincisi, enerji və mülki infrastruktura hücum olmayacaq... Digər addım isə danışıqların davam edə biləcəyi əsas etibar şərtlərini yaratmaqdır. Əmin olmalıyıq ki, Rusiya bizi aldatmır. Məhbusların azad edilməsi təməl etimadın yaranmasına xidmət edə bilər", - Zelenski bildirib.

Sülh istədiklərini vurğulayan Zelenski, bunun Ukraynanın varlığı bahasına ola bilməyəcəyini vurğulayaraq, “Əsas məsələ Rusiyanın müharibədən imtina etməyə qadir olub-olmamasıdır” dedi.

Zelenski Rusiyanın döyüş qabiliyyətinə də toxunub. Rusiya Ordusunun ümumilikdə 220 briqadası olduğunu qeyd edən Zelenski bu sayın tezliklə 300-ə çatacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr