AZ

Dövlətə xəyanətə görə həbs olunan prezident sərbəst buraxıldı

Cənubi Koreya məhkəməsi prezident Yun Seok-yeol-u azadlığa buraxıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Dekabrın 14-də parlament Yun Seok-yeola impiçment elan edib. Daha sonra bu il yanvarın 19-da məhkəmə onu konstitusiya quruluşuna qarşı üsyan etdiyinə görə həbs etmək barədə qərar çıxarıb.

Fevral ayında prezidentin müdafiəçisi Seul Mərkəzi Dairə Məhkəməsinə müvafiq vəsatət qaldırıb. 

Xatırladaq ki, sabiq prezident səlahiyyət müddəti ərzində Şimali Koreyadan gələn təhdidlərə görə ölkədə hərbi vəziyyət elan etsə də, parlamentdə çoxluğu təşkil edən müxalifət həmin qərarı ləğv edib və sonra impiçment prosesinə başlayıb. 

O, dövlətə xəyanətdə ittiham olunurdu.

Ağarza Elçinoğlu 

Seçilən
30
33
unikal.az

10Mənbələr