AZ

Azərbaycanın tütün idxalı ixracını 6 dəfədən çox üstələyir

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycana 9,6 milyon ABŞ dollarıdəyərində tütün və tütünün sənaye əvəzediciləri gətirilib.

Trend-inDövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, tütün idxalıötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon ABŞ dolları, yaxudda 16% çoxdur. Belə ki, ötən ilin ilk ayında Azərbaycana idxalolunan tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri 8,3 milyonABŞ dolları idi.

Bununla yanaşı, ötən ay Azərbaycandan xaricə 1,6 milyon ABŞdolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixracedilib ki, bu da, illik müqayisədə 1 milyon ABŞ dolları və ya 40,8%azdır. 2024-cü ilin yanvarında Azərbaycandan ixrac olunan tütün vətütünün sənaye əvəzedicilərinin dəyəri 2,6 milyon ABŞ dollarıolub.

Hesablamalardan məlum olur ki, yanvarda Azərbaycanın tütünidxalı ixracını 8,1 milyon ABŞ dolları və ya 6,2 dəfəüstələyib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarətdövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib. Bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞdolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr