AZ

21-ci əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçular

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, cədvələ 2001-2024-cü illər aralığında 250 və daha çox qol vuranlar salınıb.

Siyahıya "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo başçılıq edir. Onun aktivində 557 qol var. Krişin əzəli rəqibi Lionel Messi ikincidir. "İnter Mayami"nin forvardı 518 qol vurub.

"İlk üçlüy"ü Messinin komanda yoldaşı Luis Suares qapayır – 409 qol.

"Onluq"da Robert Levandovski ("Barselona" – 402 qol), Zlatan İbrahimoviç (karyerasını bitirib – 393), Nikolas Munyos (karyerasını bitirib – 325), Fred (karyerasını bitirib – 307), Dayro Moreno ("Onse Kaldas" – 306), Aleksandar Duriç (karyerasını bitirib – 304) və Kərim Benzema ("Əl-İttihad"– 300) qərarlaşıb.

Seçilən
16
1
publika.az

2Mənbələr