AZ

Avropa Türkiyəyə Qarşı Siyasətini Dəyişməlidir - Ərdoğan

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqının Fikirdaş Ölkələr Liderlərinin Onlayn Görüşündə çıxış edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Ərdoğan, Türkiyənin Aİ-yə tam üzvlük hədəfinə sadiq qaldığını vurğulayaraq, Avropa İttifaqının strateji və vizioner mövqe tutmasının və üzvlük müzakirələrinin yenidən canlandırılmasının vacib olduğunu bildirib.

Türkiyə Prezidenti müharibənin dialoq yolu ilə həll edilməsi üçün böyük səylər göstərildiyini və ədalətli sülhün heç bir tərəf üçün itki olmayacağını vurğulayıb.

Ərdoğan, Türkiyənin strateji tərəfdaşı olan Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini xatırladaraq, hər iki tərəfin ədalətli, davamlı və şərəfli bir sülh üçün masaya oturmasının vacibliyinə diqqət çəkib.

O, təcili atəşkəsin əldə edilməsinin və etimadı artıracaq tədbir kimi havada və dənizdə hücumların dayandırılmasının dəstəklənməli olduğunu bildirib.

Türkiyə lideri, Türkiyənin Ukraynaya müdafiə sənayesi dəstəyi verdiyini və çətin müharibə şəraitində belə özəl sektorunun Ukraynada fəaliyyətini davam etdirdiyini xatırladıb.

Buna baxmayaraq, Avropa İttifaqının Türkiyəni müdafiə sənayesi məhsullarının tədarükü və Ukraynanın yenidən qurulması proqramlarından kənarda saxlamasını qəbuledilməz hesab etdiyini bildirib.

Ərdoğan, Aİ-nin bu mövqeyini dəyişməsinin ortaq maraqların tələb etdiyini vurğulayaraq, Avropa təhlükəsizliyinin yalnız Aİ üzvü ölkələrin deyil, bütün Avropa müttəfiqlərinin məsələsi olduğunu qeyd edib.

Seçilən
18
turkic.world

1Mənbələr