AZ

Cənubi Koreya prezidenti həbsdən azad edildi

Cənubi Koreyanın impiçment edilmiş prezidenti Yun Sok Yol Seul məhkəməsinin qərarından sonra həbsdən azad edilib.

KONKRET.az xəbər verir ki, “Yonhap” agentliyi məsələyə dair məlumat yayıb.

Məlumata görə, Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə bağlı ittihamın qanunsuz olduğunu iddia edərək Seul məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətinə müsbət cavab verib və onu azad edib.

Xatırladaq ki, Yun Sok Yol ötən ilin dekabrında verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyan ittihamı ilə yanvar ayında həbs olunmuşdu.

Seçilən
134
5
konkret.az

8Mənbələr