AZ

Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial platforma X-də Rusiya ordusunun ölkənin enerji infrastrukturuna genişmiqyaslı hücum təşkil etdiyini açıqlayıb.

Onun sözlərinə görə, Rusiya ordusu Odesa, Poltava, Çerniqov və Ternopil bölgələrində bir neçə obyektə hücum edib. Ümumilikdə, Rusiya Ukraynaya qarşı 70-ə yaxın qanadlı və ballistik raket, həmçinin 200-ə yaxın hücum dronu istifadə edib.

"Hazırda zərər görmüş ərazilərdə təmir və bərpa işləri aparılır. Təəssüf ki, yaşayış binaları da zərər çəkib. Xarkovda rus raketi yaşayış binasının yaxınlığında düşüb, yaralananlar var və onlara tibbi yardım göstərilir", - Zelenski bildirib.

O Ukrayna səmasını qorumaq üçün F-16 və Fransanın göndərdiyi Mirage qırıcılarının istifadə edildiyini qeyd edib.

"Mirage qırıcıları rus qanadlı raketlərinin qarşısını uğurla aldı. Təşəkkür edirəm! Həqiqi sülhə doğru ilk addım bu müharibənin yeganə mənbəyi olan Rusiyanı belə hücumları dayandırmağa məcbur etməkdir. Ukrayna sülh yolunda irəliləməyə hazırdır və ilk gündən bu uğurda mübarizə aparır", - deyə Ukrayna lideri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr