AZ

Beynəlxalq Qadınlar Günü SOCAR-ın “Azəriqaz”da qeyd olunub - FOTO

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə SOCAR-ın “Azəriqaz” İB-nin rəhbərliyi və Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri qurumda çalışan xanım əməkdaşlarla görüş keçiriblər.

“İki sahil” xəbər verir ki,  iİlk olaraq Azərbaycan qadınının cəmiyyətdəki müsbət rolundan danışılıb, xanımların əməyi yüksək qiymətləndirilib.

Çıxış edənlər həm 8 Mart - Beynəlxalq Qadınlar Günü, həm də qarşıdan gələn Novruz bayramı münasibətilə xanımları təbrik edib. Sonda Beynəlxalq Qadınlar Günü münasibəti ilə Birliyin xanım əməkdaşlarına hədiyyə təqdim olunaraq xatirə şəkli çəkilib.

Seçilən
8
ikisahil.az

1Mənbələr