AZ

Ranyeri: “Roma”nın “Atletik”i keçməsi imkanı yarıbayarıdır”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri Avropa Liqasının 1/8 finalının Bilbao “Atletik”i ilə evdə ilk oyununu şərh edib.

Arena.az məlumat verir ki, “canavarlar” hesabda geri düşsələr də, fədakar oyun nümayiş etdirərək, oyunun təzminat müddətində (90+3-cü dəqiqə) vurduqları qolla 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Ranyeri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Fikrimiz ondan ibarət idi ki, oyun ərəfəsində daha çox seçimlərə malik olaq. Oyun plan üzrə başlanılır, sonra isə meydanda oyunçulara necə kömək etməyin mümkünlüyünə baxılır. Bu gün çətin idi, Bilbaoda isə daha da çətin olacaq. Biz “Atletik”in güclü tərəflərinə bələdik. Biz hər top uğrunda mübarizə aparırıq, bu isə bizə ümid bəxş edir. Növbəti mərhələyə adlamaq imkanımız yarıbayarıdır. Bizə, bu yolla getməyə davam etmək gərəkdir, daha dəqiqi isə ötürmələrlə və sürətli oynamaq. Bizə xırda-xuruşda təkmilləşmək gərəkdir, çünki məhz bu təfərrüat komandanı böyük, görkəmli edir”, – UEFA-nın mətbuat xidməti 73 yaşlı qocaman italyan mütəxəssisdən sitat gətirir.

Cavab oyunu çərçivəsində “Roma” martın 13-də Bilbaoda “Atletik”in son sınağına çıxacaq.

Əlavə edək ki, “canavarlar” Avropa Liqasının qalibi olmağa əsas namizədlərdən biri olaraq qəbul edilirlər.

Seçilən
40
arena.az

1Mənbələr