AZ

Kəramət Böyükçöl özünü ziyalı hesab etmir: “Bu ad mənim azadlığımı məhdudlaşdırır” - VİDEO

Tanınmış yazıçı Kəramət Böyükçöl dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastında qonaq olub.

 

Sfera.az xəbər verir ki, o, öz açıqlamasında ziyalı adlandırılmasını istəmədiyini bildirib. Onun sözlərinə görə, bu status bir insan və yazıçı kimi azadlığını məhdudlaşdırır.

 

“Mənim üzərimə öhdəlik qoyurlar ki, ziyalısan. Mən ziyalı deyiləm. Çünki bu ad mənim bir insan kimi, bir yazıçı kimi azadlığımı məhdudlaşdırır. Mənim üzərimə öhdəlik qoymayın”, - deyə o qeyd edib.

 

Yazıçı vurğulayıb ki, onun Azərbaycan xalqı və cəmiyyəti qarşısında hər hansı sosial statusu yoxdur:

 

“Mən deputat və ya xalq yazıçısı deyiləm. Olmaq da istəmirəm. Mən siravi vətandaşam. Mənim də “Facebook” profilim var, gündəlik hisslərimi, düşüncələrimi paylaşıram. Bu kiməsə görə səhv də ola bilər, düz də. Bir də, hamı kimi, Azərbaycan Konstitusiyasında qeyd olunduğu kimi yaradıcı azadlığı var. Mən kitablar yazıram və onu çap edib küçədə satıram”.

 

K.Böyükçöl Azərbaycanda deputatlığa olan maraqla bağlı fikirlərini də bölüşüb. Yazıçı bununla bağlı fikirlərini ifadə edən zaman tanınmış müğənni Manaf Ağayevin “bostanına daş atıb”: “Mən deputat olmaq istəmirəm. Manaf Ağayev isə deputat olmaq istəyir. Amma o, görsə ki, millətə vəkillik etmək nə dərəcədə bir məsuliyyətdir, heç zaman namizədliyini verməyəcək”.

 

Məryəm

 

Seçilən
22
sfera.az

1Mənbələr