AZ

FİDANDAN FARS REJİMİNƏ QIRMIZI VƏRƏQƏ - Türkiyəyə qarşı İran-İsrail işbirliyi nə vəd edir?

Türkiyə İrandakı böyük Türk qruplarını hərəkətə gətirə bilər və bu, bütün istiqamətlərdə küncə sıxışdırılmış fars rejiminin sonu olardı

Namiq Bilal

İran və Türkiyə arasında hər cür qarşıdurma üstüörtülü şəkildə həmişə olub. Qarşılıqlı ˝atışmalar˝ hər zaman vəkalət gücləri üzərindən olub və tərəflərdən heç biri qarşı tərəfi birbaşa dövlət olaraq hədəf taxtasına oturtmayıb. Lakin son bir neçə gündə vəziyyət kökündən dəyişir. İranın Suriyada sabitliyi pozma təhdidlərinə Türkiyə XİN rəhbəri Hakan Fidandan çox sərt və İranı dövlət olaraq hədəf alan açıqlama gəlib. 

Fidan ˝Əl Cəzirə˝ telekanalına verdiyi müsahibədə belə ifadələrə yer verib: ˝İran qonşu dövlətlərdə müxtəlif qrupları dəstəkləyərək həmin dövlətlərin içərisində qarşıdurma yaradır. Başqalarının pəncərələrini daşlamayın ki, sizin də pəncərənizi daşlamasınlar. Əgər siz başqa dövlətlərin içindəki qrupları hərəkətə gətirərək hüzursuzluq yaradacaqsınızsa, başqa dövlətlər də İranın içindəki qrupları hərəkətləndirib sizə problem yaradacaq˝.

Fidan birbaşa İranı hədəf alaraq başqa dövlətlərin İranı içəridən sarsıda biləcəyini ən yüksək pərdədən dilə gətirib.

Bu açıqlamadan sonra fars rejimi Türkiyənin Tehrandakı səfirini XİN-ə çağıraraq narahatlığını ifadə edib. Türkiyə XİN də İran səfirini çağıraraq eyni addımı atıb.

Seçilən
14
azpolitika.info

1Mənbələr