AZ

Müasir Azərbaycan qadını

Çağdaş dövr sivil dünyada qadın fəallığının yüksəlməsi ilə əlamətdardır.

Lakin müasir tendensiyalar və yanaşmalar baxımından Azərbaycan cəmiyyətində qadınların rolunun
yüksəlməsi ötən əsrin əvvəllərindən başlayır.

 Hit.az xəbər verir ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi həm xalqımızın demokratik dəyərlərə bağlılığının, həm də qadınların cəmiyyətdə gedən proseslərdə iştirakının yüksəlməsinin göstəricisi idi.
İradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizdə, milli-mənəvi dəyərlərimizin formalaşmasında tarix boyu böyük rol oynamış qadınlarımız bu gün də müstəqil dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndədirlər.

Dövlətimizin yürütdüyü
məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan qadını yüksək pillələrdə dayanır, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində öz sözünü inamla deyir.

Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur.

Qlobal çağırışlardan biri də, kənd yerlərində yaşayan qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakının təmin edilməsidir.

Ölkəmizdə əhalinin 1/4-ni təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir.

Sevinc

Seçilən
20
hit.az

1Mənbələr