AZ

Tramp Xamneyiyə məktub göndərdi

ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istədiyini bildirib və İran liderlərinə danışıqlara razılıq verəcəklərinə ümid ifadə edən məktub göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Tramp "Fox Business Network"ə müsahibəsində deyib.

"Mən dedim ki, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki bu, İran üçün daha yaxşı olar. Məncə, onlar bu məktubu almaq istəyirlər. Digər alternativ odur ki, biz nəsə etməliyik, çünki başqa nüvə silahının ortaya çıxmasına icazə verə bilmərik", - deyə o qeyd edib. 

Məktubun İranın ali lideri Əli Xamneyiyə ünvanlandığı və Trampın danışıqlar aparmaq istədiyini bildirdiyi deyilir. 

Ağarza Elçinoğlu 

Seçilən
189
2
unikal.az

10Mənbələr