AZ

Nizami rayonunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 07 mart 2025-ci il tarixində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

image-03-07-2025-8mart-1
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək qadınları əlamətdar bayram münasibətilə təbrik edib, onlara can sağlığı, ailə səadəti, həyatda və işlərində uğurlar diləyiblər.

Qeyd olunub ki, ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşaraq Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsini hər zaman diqqət mərkəzində saxlamış, qadınların idarəetmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib saymış və bununla bağlı müvafiq qərarlar qəbul etmişdir.

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda dövlət qadın siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir, gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atan Azərbaycanda qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi istiqamətində bu sahədə davamlı olaraq dünyaya nümunə olan tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, bu gün ölkəmizdə qadınların nüfuzu, rolu və parlaq fəaliyyəti Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında daha yüksək səviyyədə təqdim olunur. Azərbaycanın birinci xanımı bəşəri əməlləri özündə cəmləşdiriən geniş fəaliyyəti ilə hər bir Azərbaycan qadınının həyat simvoluna, ruh mənbəyinə çevrilib və bu ideallara sadiqlik nümayiş etdirən qadınlarımız yeni və daha güclü Azərbaycan naminə öz layiqli töhfələrini verir, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərirlər.
Tədbirdə həmçinin rayonun ictimai-mədəni həyatında öz fəallıqları ilə seçilən bir qrup qadın Nizami Rayon İcra Hakimiyyəti başçısının və YAP Nizami rayon təşkilatının Fəxri Fərmanı və hədiyyələrlə mükafatlandırılıb, eyni zamanda YAP-a yeni üzv qəbul olunmuş qadınlara vəsiqələr təqdim olunub.
Tədbir bədii hissə ilə başa çatıb.

Seçilən
74
1
veteninfo.az

2Mənbələr