AZ

Komitə işçiləri DTX-ın təcridxanasında erməniəsilli şəxslərə baş çəkib

Komitə

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçirib.

Tural Hüseynovun verdiyi xəbərə görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman prepartları ilə təmin olunlamaları və s. olub:

“Başçəkmə zamanı təcridxanada saxlanılan hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərə, Qusar rayonunda saxlanılan terrora cəhddə təqsirləndirilən 6 nəfərə, axtarışda olaraq İordaniyadan Azərbaycana gətirilən Azər Bağırova, dövlətə xəyanətdə ittihamda təqsirləndirilən İlkin Qəmbərova və digər saxlanılan şəxslərlə görüşlər keçirilib. Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etmədilər. Bütün kameralar televizorlarla və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə 2 dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Vəkilləri ilə görüşlərinə şərait yaradılıb. Evdən göndərilən qidaların hamısı saxlanılan şəxslərə verilir”.

Tural Hüseynov qeyd edib ki, təcridxana yeni təmirdən çıxdığından saxlanma şəraiti daha da yaxşılaşıb: “Bütün otaqlar havalandırma var. Hər kameranın özünün hamam, tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda havalandırmaya çıxarılır”
Seçilən
11
17
reyting.az

10Mənbələr