AZ

Türkiyə Diyanət Vəqfi Pakistanda bayram yardımları paylayıb

BAKI, TurkicWorld

Türkiyə Diyanət Vəqfi (TDV) Ramazan ayı çərçivəsində Pakistanın Kəraçi şəhərində ehtiyac sahiblərinə 500 ərzaq bağlaması paylayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, TDV komandasının meneceri Hüseyn Örs və üç məmur yerli qurumlarla əməkdaşlıq edərək şəhər mərkəzində yemək paylama proqramı təşkil ediblər.

Bağlamalara düyü, un, yağ və xurma kimi əsas qida məhsulları daxil olub və donorların dəstəyi ilə ehtiyac sahiblərinə çatdırılıb.

TDV nümayəndəsi Hüseyn Örs bildirib ki, Türkiyənin dəstəyini Pakistandakı ehtiyac sahiblərinə çatdırmaqdan məmnundurlar.

"Biz dost və qardaş ölkə Pakistanın insanlarına xidmət etməkdən xoşbəxtlik duyuruq", - deyə Örs qeyd edib.

Qeyd edək ki, TDV Ramazan ayı ərzində dünyanın müxtəlif bölgələrində humanitar yardımlarını davam etdirir.

Seçilən
18
turkic.world

1Mənbələr