AZ

YAP Xəzər rayon təşkilatı partiya üzvləri ilə görüş keçirib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının “Ramin Qasımov küçəsi 9” (Mərdəkan Reabilitasiya Pansionatı) ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov, Mərdəkan Reabilitasiya Pansionatının direktoru Fərhad Sinqatulov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs ediblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir”.  

Çıxış edənlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. İlhamə Hacıyeva ərazi partiya təşkilatının sədri, Jalə Seyidova isə sədr müavini seçilib.

Qeyd edək ki, YAP Xəzər rayon təşkilatında sosial şəbəkələrdə fəal olan partiya üzvləri ilə də görüş keçirilib.

Seçilən
45
1
unikal.az

10Mənbələr