AZ

UEFA ötən mövsüm Azərbaycan klublarına 12 milyon avro ödəyib

Azərbaycan klublarının 2023/2024-cü illər mövsümündə UEFA-dan əldə etdiyi gəlir açıqlanıb.

"Unikal" xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm komandalarımıza ümumilikdə 12 milyon avro ödəyib. Azərbaycan bu göstərici ilə Avropada 24-cü olub.

Qeyd edək ki, avrokuboklardakı çıxış və digər layihələrlə əlaqədar UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın vasitəsilə müvafiq klubların hesabına köçürülüb.

Seçilən
9
26
unikal.az

10Mənbələr