AZ

Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevaya 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Yenilik.az xəbər verir ki, spiker Sahibə Qafarova təbriki bugünkü plenar iclasın sonunda səsləndirib.
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti insan hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətə böyük töhfələr verir. İcazə verin, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə çox hörmətli Mehriban xanıma Milli Məclisin adından təbrik məktubu ünvanlayaq və ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq", - spiker deyib.
Seçilən
25
yenilik.az

1Mənbələr