AZ

Çexiya Ukraynaya yardımın artırılmasına qarşı çıxıb

Çexlərin 30%-dən az hissəsi Ukraynaya müxtəlif yardım növlərinin artırılmasını dəstəkləyir, 61%-i isə dəstəyin artırılması ilə razılaşmır. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, "NMS Market Research" agentliyinin apardığı sosioloji araşdırmada yer alıb.

Araşdırmaya görə, nəticələr ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə keçirilən görüşdən sonra toplanıb. Eyni zamanda araşdırma göstərib ki, bu məsələdə Çexiya partiyalarının tərəfdarları arasında ciddi fikir ayrılıqları var.

Müxalif qüvvələrin bir çox seçicisi hesab edir ki, Qərb ölkələri Ukraynaya silah tədarükünü dayandırsalar, münaqişə sona çatacaq.

Gülşən Şərif

Seçilən
8
bakivaxti.az

1Mənbələr