AZ

İstifadə olunmuş batareyalar çeşidlənmədikdə poliqonlarda yığılır

İstifadə olunmuş batareyalar çeşidlənmədikdə poliqonlarda yığılır. Onların tərkibindəki kimyəvi maddələrin ətraf mühitə sızması torpağın, suyun və havanın çirklənməsinə, habelə insan sağlamlığına zərərli təsir göstərir.


Ekologiya.az bildirir ki. çeşidlənmədən ətraf mühitə atılan bir batareya təxminən 400 litr suyu və 20 m2 torpağı zərərli komponentlərlə çirkləndirir.
Batareyaların tərkibində civə, platin, nikel, kadmium kimi zəhərli maddələr vardır. Bu kimyəvi maddələr ətraf mühitə sızdıqda yeraltı su hövzələrinə qarışaraq içməli suyun çirklənməsinə, ekosistemlərin zədələnməsinə səbəb olur. 
Kimyəvi maddələrlə çirklənmiş torpaq bitkilərin böyüməsinə və inkişafına mane olur, bu isə kənd təsərrüfatı məhsullarının istehsalının azalmasına gətirib çıxarır.
Bəzi batareyalar, xüsusilə litium-ion batareyaları, düzgün saxlanılmadıqda və ya istifadə edilmədikdə partlaya bilər. Bu da atmosfer çirklənməsinə və insan sağlamlığına təhlükə yarada bilər.
Batareyaların ətraf mühitə mənfi təsirlərinin qarşısını almaq üçün istifadə olunmuş batareyaları yaşadığınız əraziyə yaxın yerləşən məntəqəyə təhvil verə bilərsiniz. Məntəqələr barədə ətraflı olaraq linkə keçid edərək məlumat ala bilərsiniz. https://eco.gov.az/index.php?ln=az&pg=744 .
Seçilən
22
ekologiya.az

1Mənbələr