ABŞ-da fevral ayı üzrə kənd təsərrüfatı sektoru xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı məlumatları açıqlanıb.
ABŞ-da kənd təsərrüfatındankənar məşğulluq fevral ayında 151 min artıb. Bloomberg sorğusuna qatılan iqtisadçılar artımın 160 min olacağını gözləyirdilər.
Eyni dövrdə işsizlik nisbəti 4% olub. Proqnoz 4,1% idi.
Orta saatlıq maaş fevral aylnda yanvar aylı ilə müqayisədə 0,3% artıb.
Orta saatlıq maaş fevral ayında keçən ilin eyni dövrü ilə müqayisədə isə 4% artıb. Bu məlumat üçün proqnoz 4,1% idi.