AZ

Aİ Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı artırmaq istəyir

Həmfikir Ölkə Liderlərinin Onlayn Görüşündən sonra bəyanatla çıxış edən Aİ Şurasının sədri Antonio Kosta həmfikir NATO tərəfdaşları ilə əməkdaşlığın həyati əhəmiyyət kəsb etdiyini və koordinasiyanın davam etdiriləcəyini qeyd edib.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta və Aİ Komissiyasının sədri Ursula fon der Leyen prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Həmfikir Ölkə Liderlərinin Onlayn Görüşünü sosial media hesablarında paylaşıblar.

Kosta NATO-nun həmfikir tərəfdaşları ilə əməkdaşlığın həyati vacib olduğunu və koordinasiyanın davam etdiriləcəyini bildirib.

“Əməkdaşlıq beynəlxalq təhlükəsizlik üçün vacibdir”

Kosta, dünən səhər saatlarında Brüsseldə keçirilən Ukrayna və Avropanın müdafiəsi ilə bağlı zirvə toplantısı barədə prezident Ərdoğan, İngiltərə baş naziri Keir Starmer, Kanada baş naziri Castin Trudeau, Norveç baş naziri Jonas Gahr Store və İslandiya baş naziri Kristrun Mjoll Frostadottirə video konfrans vasitəsilə məlumat verdiklərini bildirib.

Von der Leyen, həmçinin, Avropa xalqının müdafiəsi və Ukraynanın uzunmüddətli təhlükəsizliyi üçün hazırladıqları “Avropanın yenidən silahlanması” adlı müdafiə planı ilə bu sahədə səyləri artırdıqlarını açıqlayıb.

Seçilən
42
kommersant.az

1Mənbələr