BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp, İranla nüvə silah proqramı üzrə razılaşma müzakirə etmək istədiyini və bununla bağlı İranın ali lideri Əli Xameneiyə məktub göndərdiyini açıqlayıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ mediası, Trampın İranla diplomatik razılaşmaya üstünlük verdiyini və bu istiqamətdə konkret addımlar atdığını qeyd edib.
Məktubun göndərilməsi, Tramp administrasiyasının İranın nüvə imkanları ilə bağlı narahatlıqları aradan qaldırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.
Tramp, İranın nüvə silahına sahib olmamasının vacib olduğunu vurğulayaraq, müzakirələrin uğursuz olması halında alternativ tədbirlərin görüləcəyini bildirib.
Bu açıqlama, ABŞ-ın İranın nüvə proqramına qarşı mövqeyini daha da sərtləşdirə biləcəyinə işarə edir.