AZ

Gülbəniz Bayramova vəzifəsindən azad edilib

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, direktorun fəaliyyəti ilə bağlı şikayətlər olduğundan o, vəzifədən kənarlaşdırılıb.

Hətta məktəbin kollektivi onun işdən getməsini istəyib. Bir müddət öncə isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.

Qeyd edək ki, G. Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin olunmuşdu.

Xəbər 3 dəfə oxunub.
Seçilən
18
19
xezernews.az

10Mənbələr