Manset.az-ın əldə etdiyi məlumata görə, Sədi Qurbanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Belə ki, o xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi, illərdi paytaxtda yerləşən özəl klinikaların birində müalicə alırdı. Qeyd edək ki, Sədi Qurbanov "Sağlam həyat" diaqnostika müalicə mərkəzinin qurucusu olub. O, 23 saylı şəhər xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
