"Rəsmi Kiyev 28 fevralda Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdəki davranışına görə, üzr istəməyəcək".
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak bəyan edib.
"O, həm forma, həm də məzmun baxımından tamamilə haqlı idi və əsas fikri amerikalı tərəfdaşlarımıza çatdırmağa çalışırdı: Rusiya üzərində təzyiq olmadan heç bir nəticə əldə olunmayacaq", - deyə Podolyak vurğulayıb.
"Buna görə də biz heç bir səhv buraxmadığımıza görə üzr istəməyəcəyik", - deyə o əlavə edib.