AZ

“Olmayan səhvə görə üzr istəməyəcəyik” – Podolyak görüş barədə


“Ukrayna hakimiyyəti Prezident Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Vens arasında Ağ Evdə yaranan mübahisəyə görə üzr istəməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Le Point”ə müsahibəsində Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun fikrincə, Zelenski həm forma, həm də məzmun baxımından tamamilə haqlı idi və amerikalı tərəfdaşlarına Rusiyaya təzyiq etmədən heç nəyin alınmayacağı ilə bağlı əsas fikri çatdırmağa çalışırdı:
“Moskvanın könüllü güzəştlərinə arxalanaraq müsbət nəticə əldə etmək mümkün deyil. Rusiyanın məcburiyyəti olmadan sülh danışıqları mümkün deyil. Prezidentimiz yorulmadan partnyorlarımıza izah edir ki, bu necə müharibədir və onu kimlər təhrik edib... Ona görə də baş verməyən səhvə görə üzr istəmərik”.
Podolyak baş verənləri Zelenskinin alçaldılması kimi qiymətləndirməkdən imtina edib. Onun fikrincə, bu, siyasi liderlər arasında emosional müzakirə idi:
“Paradoksal olaraq, bu görüş müəyyən mənada faydalı oldu. Fərqlərimizi vurğulamaqla, fikirlərimizi aydınlaşdıra bilərik. Bizdən fərqli olaraq, ABŞ Rusiyanın danışıqlar apara biləcəyi ölkə olduğuna inanmaqda davam edir”.
Seçilən
30
yeniavaz.com

1Mənbələr