AZ

Abbas Araqçi: İran ABŞ ilə birbaşa danışıqlara girməyəcək

"Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək"

İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi AFP-yə deyib.

"ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək", - nazir bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib.

Seçilən
31
50
operativmedia.az

10Mənbələr