AZ

​"Qalatasaray"dakı böhran prezidenti hərəkətə keçirdi -

"Qalatasaray"da uğursuz çıxışlar prezident Dursun Özbeki hərəkətə keçirib. Metbuat.az xəbər verir ki, Dursun Özbek klubun məşq mərkəzinə gedərək, futbolçularla görüşüb. O, görüş zamanı məşqçi Orhan Buruka da dəstək ifadə edib. Özbekin futbolçulara da şad xəbər verdiyi bildirilib. Prezident Dursun Özbekin gecikdirilən mükafatların ödəniləcəyini açıqlayıb və bu, futbolçular arasında sevincə səbəb olub.

Qeyd edək ki, “Qalatasaray” ikinci sırada olan “Fənərbaxça” ilə 8 xal fərq yaratsa da, bu fərq 4-ə enib. “Qalatasaray” uğursuz oyun nümayiş etdirdiyinə görə, məşqçi Orhan Buruk tənqid edilib.

Seçilən
28
metbuat.az

1Mənbələr