AZ

XİN: Maksimum təzyiq siyasəti davam edərsə, İran ABŞ ilə danışıqlara başlamayacaq

ABŞ maksimum təzyiq siyasətini davam etdirdiyi müddətdə İran qarşı tərəflə birbaşa danışıqlara getməyəcək.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Frans-Press” agentliyinə ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xameneiyə məktub göndərməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

“ABŞ maksimum təzyiq siyasətini və təhdidlərini davam etdirdiyi müddətdə biz onlarla birbaşa danışıqlara girməyəcəyik”, - Əraqçi deyib.

Xatırladaq ki, Tramp məktubunda ABŞ-nin nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini qeyd edib.

Seçilən
39
50
report.az

10Mənbələr