AZ

Zaxarova Suriyadakı vəziyyəti şərh edib

Rusiya Suriyadakı vəziyyətdən təşvişə düşüb və döyüşən qruplaşmalar arasında tezliklə atəşkəs əldə etməyə çağırır.

SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova XİN-in saytında dərc olunan bəyanatında bildirib.

...Biz Suriyada vəziyyətin kəskin şəkildə pisləşməsindən təşvişə düşürük. Bu kritik şəraitdə biz “yerdə” vəziyyətin gələcək inkişafına təsir göstərə bilən Suriyanın bütün nüfuzlu liderlərini qan tökülməsinə ən qısa zamanda son qoymaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq.

Bu, bəyanatda deyilir.

Zaxarova vurğulayıb ki, Rusiya demokratiya, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqdir. O qeyd edib ki, Suriyadakı bütün daxili siyasi məsələlər bu prinsiplər nəzərə alınmaqla həll edilməlidir.

Xatırladaq ki, bundan əvvəl ələvi dini qruplaşmasının nümayəndələri Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” (HTS, terrorçu kimi tanınan və Rusiyada qadağan olunmuş-A.B.) təşkilatına qarşı üsyan qaldırıblar. Tərəflər arasında toqquşmalar martın 6-da Latakiyada başlayıb.

Tezliklə Suriyanın digər şəhərlərində, o cümlədən Rusiyaya məxsus aviabazanın yerləşdiyi Cəblə və Xmeymimdə iğtişaşlar başlayıb. Bu zaman yeni hakimiyyət üsyanı yatırmaq üçün qüvvələr göndərib.

Əli Babayev

Seçilən
22
2
sia.az

3Mənbələr