Azərbaycanın milli aviadaşıyıcısı AZAL 15 iyundan etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.
Demokrat.az xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.
Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır. Burada zəngin tarixi irsə malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları mövcuddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
10Mənbələr
-
herbiand.azAZAL Türkiyənin daha iki şəhərinə uçuşlara başlayacaq ( 15920129)
-
far.azAZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir ( 15917953)
-
demokrat.azAZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir ( 15917759)
-
cebheinfo.azAZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir ( 15917643)
-
konkret.azAZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir ( 15917509)
-
news365.azBakıdan Adana və Mersinə uçuşlar başlayır ( 15917379)
-
marja.azAZAL Adana və Mersin yaxınlığındakı hava limanına da uçuşlar həyata keçirəcək ( 15917305)
-
avtosfer.azAZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir ( 15917281)
-
sia.azAZAL Türkiyənin daha iki şəhərinə uçuşlara başlayacaq ( 15917171)
-
fed.azAZAL Türkiyənin daha 2 şəhərini yaxın etdi - UÇUŞLAR BAŞLAYIR ( 15917003)