AZ

MY-nin baş məşqçisi "Real Sosyedad" ilə heç-heçəni belə şərh etdi

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Real Sosyedad" ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:

"Düşünürəm ki, biz penaltiyə qədər yaxşı oynadıq, qol epizdoları yaratdıq. Penalti qərarı oyunun gedişatını dəyişdi. Hiss edirdim ki, uşaqlar son 20 dəqiqədə yorulublar. Məhz bu məqam matçın sonlarında rəqibin oyuna nəzarəti ələ keçirməsinə yol açdı. Halbuki ilk qolu vurandan sonra ikinciyə də imza ata bilərdik. Yəni buna yaxın idik".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması martın 13-də reallaşacaq.

Nihat

Seçilən
19
fanat.az

1Mənbələr